"ATƏT-in Minsk qrupu artıq yaşlanıb. Onlar istefaya getsələr pis olmaz. Çünki bir münaqişənin həll olunması istiqamətində bir qurum 20 ildən artıq zamanda heç bir nailiyyət əldə etməyibsə, bu, onun fəaliyyətinin hansı səviyyədə olmasından xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsi həllini tapmadısa, sözügedən qurumun hadisələrə kəskin şəkildə yanaşa bilməməsinin, sanksiyalar tədbiq etmək qabiliyyətinin olmamasının göstəricisidir: "Bu qurumun fəaliyyətini sadəcə regionda özünün mövcudluğunu qoruyub saxlayan bir qurum kimi dəyərləndirirəm. İki illik fasilədən sonra yalnız ilin sonuna yaxın prezidentlərin görüşünü təşkil edə bildilər. Bu da 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa baza prinsiplərinin razılaşdırılması və sülh müqaviləsinin imzalanmasına əminlik vermir".
Zahid Oruc vurğulayıb ki, artıq ATƏT-ə alternativ bir qurum axtarmağın zamanıdır: "Çünki bu quruma qarşı xalqın inamı, münasibəti tamamilə sarsılıb"
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB