"Xocalı soyqırımına dair yeni muzey kompleksi yaradılacaq və rəsmi protokola salınacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, artıq Prezident İlham Əliyevin tapşırığı ilə yeni muzey kompleksinin tikilməsi istiqamətində işlər görülür: "Dəfələrlə Xocalı abidəsinin Milli Məclisin gündəliyinə salınması məsələsini qaldırmışam. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və cənab prezidentimizin tapşırığı ilə artıq bu istiqamətdə işlər gedir. Bu abidə rəsmi protokola salınacaq ki, ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər. Artıq abidənin layihəsi, sənədləşmə və digər işlər hazırdır və inşasına başlanılmalıdır".
"Eyni zamanda təklif edirəm ki, Şəhidlər Xiyabanın girişində, ən azı üç dildə Xocalı Soyqırımı barədə, şəhidlərimiz haqqında və Dağlıq Qarabağın işğalı nəticəsində məruz qaldığımız itkiləri əks etdirən statistik məlumatlardan ibarət lövhə hazırlansın. Hesab edirəm ki, bu işin görülməsi çox vacibdir, - deyə millət vəkili vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB