Çingiz Qənizadə: “2014-cü ildə də Milli Məclisinin deputatları vəzifələrini uğurla yerinə yetirəcəklər”

Çingiz Qənizadə: “2014-cü ildə də Milli Məclisinin deputatları vəzifələrini uğurla yerinə yetirəcəklər”

"Bu ilin ən yaddaqalan hadisəsi "Şahdəniz-2" müqaviləsinin imzalanması oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə Milli Məclisin ilin yekunları ilə bağlı gördüyü işlərə münasibətini açıqlayarkən deyib.

Əldə olunan uğurları Prezident İlham Əliyevin apardığı düzgün xarici və daxili siyasətin nəticəsi olduğunu bildirən millət vəkili bütün bunların Azərbaycan xalqına mənfəət gətirəcəyini vurğulayıb: "Layihənin icrasına başlandıqdan sonra Azərbaycan xalqının hər bir fərdi təbii sərvətlərdən ölkəyə gələn mənfəətdən bəhrələnəcək. Ölkəmizin iqtisadi, siyasi gücü arataraq əhalinin rifah halı daha da yaxşılaşdırılacaq".

Çingiz Qənizadə eyni zamanda qeyd edib ki, 2013-cü ildə Komitə tərəfindən müzakirəyə çıxarılan bir çox qanunlarda, qanun layihələrində edilən əlavə və dəyişikliklər parlamentin digər üzvləri tərəfindən yüksək səviyyədə qarşılanıb: "Komitəmizin sədrinin başçılığı ilə bütün üzvlərinin bir çox məsələlərə düzgün yanaşması cəmiyyət tərəfindən müsbət dəyərləndirilərək bizə olan inamı, etmadı bir daha sübut etdi".

Millət vəkili onu da vurğulayıb ki, bu ilin uğurlu nəticələri gələn ilə də öz tövhəsini verəcək: "2014-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin bütün deputatları qanunvericilik fəaliyyətinin həyata keçirilməsində üzərlərinə düşən vəzifələri daha əzmlə, daha uğurla yerinə yetirəcəklər. 2014-cü ildə Azərbaycan xalqına xoşbəxt günlər arzu edirəm. Eyni zamanda, erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızın azad olunmasını diləyirəm".

İNTİZARƏ MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə