Gövhər Baxşəliyeva: “Biz bu prosesdən real gözlədiyimiz nəticəni almırıq” MÜSAHİBƏ
AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevanın SİA-ya müsahibəsi:
- Gövhər xanım, ATƏT-in Minks qrupunun 2013-cü ildəki vasitəçilik fəaliyyətini necə qiymətləndirirsiz? Ümumiyyətlə, bu il ərzində Minks qrupu haqqında müsbət rəy bildirmək olarmı?
- Hər bir işin uğurlu və ya uğursuz olması onun son nəticəsi ilə ölçülməlidir. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı etdiyi vasitəçilik, apardığı danışıqlar neçə illərdir ki, davam edir. Amma biz real gözlədiyimiz nəticəni bu prosesdən almırıq. Ona görə də, xalqımız sual verir ki, Minsk qrupunun fəaliyyəti nə qədər doğudur? Hesab edirəm ki, Minsk qrupunun fəaliyyəti qeyri-qənaətbəxşdir, bizləri qane etməyib. Biz zərər çəkmiş xalq olaraq, BMT-dən dünyanın müxtəlif beynəlxalq qurumlarından ki, erməni işğalçılığına son qoyulsun və zəbt olunmuş torpaqlarımız azad edilsin. Bu məsələnin həlli üçün konkret mexanizm hazırlanmalıdır. Necə ola bilər ki, BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrini Ermənistan yerinə yetirmir? Bu elə BMT-nin özünün ciddiliyini sual altına qoymurmu? Bunu dünya dövlətləri də bilir ki, Ermənistan işğalçıdır. Sual vermək lazımdır ki, bəs, bu işğalçılıq nə qədər davam edəcək?
- 2014-cü ilin əvvəllində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Sizcə, bu görüş Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə ənənəvi görüşlərdən biri olacaq, yoxsa, bu görüşdən müsbət nəsə gözləmək olar?
- İstərdik ki, bu görüşdə müsbət nəzərəçarpacaq nəticə əldə olunsun. Danışıqlar məxfi gedir, yəni biz bu görüşün hər bir xırda detallarından məlumatlı deyilik. Amma bu cür görüşlərdən sonra mətbuata açıqlamalar verilir ki, müsbət irəliləyişlər var. Mən arzu edirəm ki, bu irəliləyişlər insanların hiss edəcəyi səviyyədə olsun. Biz istəyirik ki, bu məsələ konkret həllini tapsın. Bunu həm Azərbaycan xalqı, həm də sadə erməni xalqı istəyir. Digər tərəfdən, bu gün Ermənistanın iqtisadi durumu çox acınacaqlıdır, ölkə sosial partlayış ərəfəsindədir. Regionda və dünyada reallaşdırılan bütün layihələrdən Ermənistan təcrid olunub. Bunun başlıca səbəbi Azərbaycan torpaqlarını işğalda saxlamasıdır. Bundan yalnız bir çıxış yolu var. Çıxış yolu yalnız Azərbaycanla əməkdaşlıqdan keçir.
- Milli Məclisin 2013-cü ildəki fəaliyyətini necə qiymətləndirisiz? Bu il Milli Məclis üçün hansı uğurlarla yadda qaldı?
- Mən Milli Məclisin 2013-cü ildəki fəaliyyətini çox müsbət qiymətləndirirəm. Bu il ərzində çox mühüm məsələlər müzakirə olunaraq öz həllini tapdı. Nə mümkün idisə, onu da etdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB