"Hələ ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ətrafında siyasi oyun nümayiş etdirir". Bu sözləri Rusiya Dumasının azərbaycanlı deputatı Rafiq Qafarov erməni nəşrlərinin "Ermənistan Dağlıq Qarabağı geri qaytararsa, çox şey əldə edə bilər" kimi yazılarına cavab olaraq SİA-ya eksklüziv açıqlamasında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın taleyi heç kəsi narahat etmir: "Düşünürəm ki, Ermənistan qeyri- konstruktiv mövqe nümayiş etdirərsə, Azərbaycan bu münaqişəni yalnız müharibə yolu ilə həll etməlidir. 20 ildən artıqdır ki, Ermənistanın ücbatından problem öz həllini tapmır. Düzdür, Ermənistan dağlıq Qarabağı geri qaytararsa, çox şey əldə edə bilər. Lakin Ermənistan hakimiyyəti dəyişmədikcə bu mümkün olmayacaq. Çünki, Serj Sarkisyan Dağlıq Qarabağ probleminin həlli prosesini mümkün qədər uzatmaq niyyətindədir".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB