İlham Əliyev Azərbaycan və Belarus XİN-ləri arasında məsləhətləşmələr Planı haqqında sərəncam imzalayıb

İlham Əliyev Azərbaycan və Belarus XİN-ləri arasında məsləhətləşmələr Planı haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" nəzərə alınsın.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Planın müddəalarını həyata keçirmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə