Rusiyanın "Rosatom" Dövlət Korporasiyasının baş direktoru Sergey Kiriyenko Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni nailiyyətlər, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram".
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin də Prezidenti təbrik edib. Təbrikdə bildirilir: "Zati-aliləri, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. İcazə verin, Zati-alinizə ən xoş arzularımı, möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə uğurlar diləyimi çatdırım. Bu gözəl fürsətdən istifadə edərək Sizə, doğmalarınıza və yaxınlarınıza bir daha səmimi təbriklərimi çatdırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB