Azərbaycanın Vyetnamdakı səfirliyi ilə Sənaye və Ticarət Nazirliyi razılığa gəliblər

Azərbaycanın Vyetnamdakı səfirliyi ilə Sənaye və Ticarət Nazirliyi razılığa gəliblər

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin sənaye və ticarət naziri Vu Huy Hoanq ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılıb. Ölkələrimiz arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin əlaqələrimizin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Son illər Azərbaycanın və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı bildirilib.

Tərəflər Azərbaycanın Vyetnamdakı səfirliyi ilə Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə