Arif Rəhimzadə: “Həmrəylik günü ilə əlaqədar bütün dünya Azərbaycanlılarını təbrik edirəm”

"Həmrəylik günü ilə əlaqədar bütün dünya Azərbaycanlılarını təbrik edirəm". Bu sözləri SİA-ya millət vəkili Arif Rəhimzadə deyib.

O, bildirib: "Qarşıdan gələn Həmrəylik günü münasibəti ilə bütün azərbaycanlıları, o cümlədən xaricdə yaşayan soydaşlarımızı, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycandan gedən hər kəsi təbrik etmək istəyirəm. Onlara can sağlığı arzulayıram".

Millət vəkilinin sözlərinə görə Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri olduqca yaxşı şəraitdə yaşayırlar: "Azərbaycanda yaşayan insanlar arasında isə əsl dostluq, qardaşlıq və məhəbbət var. Bir daha bütün Azərbaycanlıları Həmrəylik günü münasibəti ilə təbrik edirəm".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə