Politoloq: “Azərbaycan atəşkəs rejimindən imtina edə bilər” AÇIQLAMA
" "Bişkek protokolu"nun müddəti uzadıla bilər". Bu sözləri SİA-ya Politoloq Qabil Hüseynli 2014-cü ildə Ermənistan-Azərbaycan arasında imzalanmış "Bişkek protokolu"nun müddətinin bitməsindən sonra Azərbaycanın atacağı addıma münasibət bildirərkən deyib.
Ölkəmizin müharibəyə qoşulmaq fikri olmadığını dilə gəitən politoloqun sözlərinə görə, Azərbaycan bütün problemləri sülh yolu ilə həll etməyə çalışır: "Ona görə də atəşkəs rejiminin davam etdirilməsinə ehtiyac var. Atəşkəs rejimini həm bütün dünya, həm də qonşu ölkələr istəyir. Bütün bunları nəzərə aldıqda düşünmək olar ki, Azərbaycan yəqin ki, atəşkəs rejiminin uzadılmasına gedəcək".
Q. Hüseynli bildirib ki, "Bişkek protokolu"nun uzadılmasını ən çox istəyən Ermənistandır: "Bundan ən çox fayda qazanan Ermənistandır. Amma biz bu sazişə bəzi obyektiv və subyektiv amillərə görə getməyə məcburuq".
Politoloq qeyd edib ki, əgər sazişin uzadılması ilə bağlı razılıq əldə olunarsa, Azərbaycan mövqelərini gücləndirə bilər: "Çünki ölkəmiz iqtisadi, siyasi, hərbi cəhətdən çox güclənib. Hətta bu rejimdən imtina da edə bilər və bu vasitə ilə işğalçı ölkəni təzyiq altında saxlamağa çalışar. Amma bütün hallarda düşünürəm ki, Azərbaycan bu sazişin müddətinin uzadılmasına razılıq verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB