Cümşüd Nuriyev: "Ermənistan siyasi müharibəni çoxdan uduzub"

Politoloq Cümşüd Nuriyevin SƏS TV-yə müsahibəsi:

- Cümşüd müəllim, bildiyiniz kimi, VİOAS jurnalı prezident İlham Əliyevi "İlin adamı" elan edib. Bunu prezident İlham Əliyevin dünya liderləri arasında aparıcı nüfuza sahib olması kimi qiymətləndirmək olarmı?

- İlham Əliyev Avropada və Qərbdə kifayət qədər gündəmə gələn şəxsiyyət olmaqla yanaşı, bu gün onun yüksək tərəqqili siyasəti eyni zamanda Asiyanın və Hind okeanının hövzəsinə daxil olan ölkələri də təsirləndirmişdir. Bunun isbatı isə sözügedən ərazilərdə yerləşən ölkələrdə aparılan sorğu nəticəsidir. Belə ki, həmin ölkələrdə aparılan sorğuda ilk sıranı İlham Əliyev fəth etmiş və "İlin adamı" tituluna layıq görülmüşdür. Ümum lider Heydər Əliyevdən sonra onun siyasətinin layiqli davamçısı cənab İlham Əliyev özünü nəyin ki, ölkədə hətta dünya miqyasında belə təsdiqləmiş şəxsiyyətdir. Bu da onu deməyə əsas verir ki, İlham Əliyev artıq milli lider statusuna yaxınlaşır. İlham Əliyev siyasi lider olmaqla yanaşı eyni zaman da öz xarizması olan bir liderdir. Gəlin, sözügedən jurnalın apardığı sorğunun coğrafiyasına nəzər salaq. Buraya Hind okeanının hövzəsində Asiyanın, Afrikanın 20-də çox dövləti və eyni zamanda Hind okeanına daxil olan bir sıra adalar, daxildir. Bu da dünya əhalisinin üçdə biri deməkdir. Onu da nəzərə almaq lazımdır ki, bu dövlətlərin əksəriyyəti ingilis dilli və demokratik dövlətlərdir. Sözügedən jurnalın baş redaktoru məlumatlıdır ki, BBC radiosu mütəmadi olaraq, Azərbaycanla bağlı mənfi fikir formalaşdırır. Onlar Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.

Cənab İlham Əliyevin "İlin adamı" seçilməsi ölkəmizin Asiya və Afrikaya açılışından və onun yürütdüyü siyasətin nə dərəcədə uzaq görən, müdrik olmasından xəbər verir. Biz hər birimiz cənab prezidentə ölkəmizi beynəlxalq arenada yüksək şəkildə təmsil etdiyinə görə bir vətəndaş olaraq təşəkkür etməliyik.

- Prezident İlham Əliyevin dünyada artan nüfuzu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həqiqətləri beynəlxalq aləmə çatdırılması və problemin sülh yolu ilə tənzimlənməsində aparıcı dövlətlərin məsələ münasibətinə nə kimi təsir edə bilər?

- Əlbəttə ki, müsbət təsir edəcək. Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında dünyada sülhün bərqərar olması ilə bağlı lazımi addımlar atdı. Dağlıq Qarabağla bağlı olan uğurlarımız son beş ildə daha da artmaqdadır. Ermənilər 1915-ci ilin saxta soyqırımlarını 50 il təbliğ etdikdən sonra ilk dəfə 1965-ci ildə Uruqvayda qəbul etdirə bildilər. Yenidən 17 il keçdikdən sonra Argentina və Rusiya qəbul etdi. Ermənilər 18 il ərzində soyqırımı iddialarını indiyə qədər yalnız 12 dövlətdə təsdiq etdirə biliblər. Bu qondarma soyqırımı qəbul edən ölkələr isə beynəlxalq aləmdə olduqca aşağı nüfuza malik olan dövlətlərdir. Onlar soyqırımlarını 98 il müddətində ABŞ-ın 42 ştatına qəbul etdirdikləri halda, Azərbaycan cəmi 5 il ərzində, yəni qısa müddətdə Dağlıq Qarabağ məsələsini 20 ştatına qəbul etdiriblər. Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" şüarı bu gün dünyada Azərbaycanın Dağlıq Qarabağ məsələsinin həlli yönündə böyük rol oynayır. Qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasını və qəbul olunmasını əldə olunan yüksək nailiyyətlərdən hesab etmək olar. Təbii ki, bu qazanılan uğurlarda cənab prezidentimizin adı ilə bağlıdır. Əgər, Ulu Öndər Heydər Əliyev Azərbaycanı suveren dövlət şəklinə gətirib, onun siyasi memarı oldusa, İlham Əliyev də memarın uzaq görən siyasətini həyata keçirərək, dövlətimizin çox peşəkar bənnası oldu. Beləliklə, uzaq görən siyasət yeridən memarla peşəkar bənnanın yüksək səviyyəli fəaliyyəti nəticəsində bu gün beynəlxalq arenada öz sözünü deməyi bacaran, yüksək reytinqə malik olan Azərbaycan dövləti meydana gəldi. Bu yaxınlarda "Şahdəniz-2" ilə bağlı bağlanan layihə İlham Əliyevi dünyaya bir daha yenidən təqdim etdi. Bu ilin yekunlarına dair Ümumdünya Silah Satışı bəyan verdi ki, Azərbaycan 1 milyard 200 min dollarlıq silah alıb. Bu isə Ermənistan büdcəsinin yarısından çoxu deməkdir. Dünyada siyah ticarətində Azərbaycan 6-cı yeri fəth edib. Sözügedən fakt isə Azərbaycanın artıq ritorika ilə deyil, eyni zamanda Dağlıq Qarabağ məsələsinin status-qvosunu gündəmə gətirib. Yəni Azərbaycanı hazırda mövcud ola status-qvo təmin etmir. Cənab prezident son çıxışında da bildirdi ki, dünyada ədalətin tərəzisi pozulub. Ermənistan bizim qarşımızda güclü rəqib deyil. Sadəcə Ermənistanın havadarları onu beynəlxalq arenada müdafiə edir. Ermənistanın bir dövlət kimi mənəvi mövcudluğu məhv olub. O, siyasi cəhətdən Argentina, Rusiya, Yunanıstan və İran arasında bölüşdürülüb. Ermənistanın bütün telekomnikasiya sistemi bilavasitə Yunanıstanın əlindədir.

- Cümşüd müəllim, Rusiyanın maraqları çərçivəsində Ermənistan sentyabr ayının 3-də Gömrük İttifaqına üzvlüyü qəbul etdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlində status-qvonu saxlamağa təsir göstərə bilərmi?

- Yox, əslində bu müvəqqəti haldır. Çünki belə bir tələ Azərbaycana da qurulmuşdu. Lakin ölkəmiz bu gün artıq həmin tələdən çıxıb. Azərbaycanda ardıcıl dövlət çevrilişləri gündəmə gələn zaman Ulu Öndər Heydər Əliyev MDB-yə üzv olmaqla bir növ sözügedən tələlərin qarşısını almış oldu. Hazırkı "Şahdəniz-2" layihəsindən sonra da Azərbaycana mənəvi hücumların olacağı gözlənilir. Bu səbəbdən də cənab prezident açıq siyasətə deyil, hazırkı mühitə uyğun olaraq "lal siyasət" yeridir. O ki qaldı Ermənistanın Avropadakı mövqeyinə, mən əminliklə deyə bilərəm ki, onun mövqeyi artıq sıfıra bərabərdir. Beynəlxalq aləmdə hamı onları "oyuncaq" dövlət kimi tanıyır. Ermənistan artıq siyasi müharibəni uduzub. Onların dövlət başçısı siyasi nüfuz baxımdan bizim ölkə başçısı ilə müqayisə oluna bilməz. Dövlət rəhbərimiz müdrik siyasəti ilə onu olduqca özündən geridə qoyub. Rusiya Qafqaz uğrunda mübarizə apararkən mütləq şəkildə Azərbaycanla hesablaşmalıdır. Çünki onun qarısında Qafqazda onun qarşısında Ermənistan kimi oyuncaq dövlət deyil, Azərbaycan kimi beynəlxalq nüfuza malik olan dövlət durur və o cümlədən Qafqazın siyasi lideri İlham Əliyevdir. Cənab prezidentin uzaq görən siyasəti Avropandan o cümlədən beynəlxalq aləmdən gələn hər cür şantajların qarşısını almaq iqtidarındadır.

- Sonuncu sualımı ünvanlamaq istərdim, bildiyimiz kimi, 2014-cü ilin ilk ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Sizcə, bu görüş problemin həllində hər hansısa dönüş nöqtəsinə səbəb ola bilərmi?

- Ermənistan prezidenti məndə qeyri-ciddi insan fikri formalaşdırdığına görə, bu barədə proqnoz verməyə çətinlik çəkirəm. Çünki bu insan bizim müxalifət səviyyəsində olan bir insandır. Onun yürütdüyü siyasət bir növ bizim xalq cəbhəsinin yürütdüyü siyasətə bənzəyir. Serj Sarkisyan İlham Əliyevlə eyni masa arxasında əyləşən zamanı özünü olduqca narahat hiss edir. Bu narahatçılığa səbəb onun dünya görüşünün aşağı olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə