XİN Misirin Mənsurə şəhərində törədilmiş terror aktını pisləyib

XİN Misirin Mənsurə şəhərində törədilmiş terror aktını pisləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misirin Mənsurə şəhərində törədilən terror aktını qəti şəkildə qınayır və bu terror əməli nəticəsində həyatlarını itirən şəxslərin ailələrinə və yaxınlarına və Misir xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapacaqlarına ümidvarlığını bildirir. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizə üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə