Aleksey Labaryov: “Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır” EKSKLÜZİV

Aleksey Labaryov: “Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır” EKSKLÜZİV

"Rusiyada artıq miqrantlarla bağlı qəti qanunlar tətbiq edilib". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiyanın Hüquq-Mühafizə Оrqanlarının Həmkarlar İttifaqı Assosiasiyasının sədri Aleksey Labaryov bildirib.

Onun sözlərinə görə, Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır: "Sadəcə Rusiyada işləyən miqrantlar rəsmi sürətdə qeydiyyatdan keçməlidirlər və vergiləri vaxtında ödəməlidirlər. Ən əsası isə cinayət işləməməlidirlər".

Aleksey Labaryov miqrantlara qarşı sərt davranan polislərlə bağlı məsələyə də münasibətini bildirib: "Mən polislərin miqrantlarla kobud və sərt davranmaqlarının əleyhinəyəm. Müəyyən mənada onları qorumağa çalışıram. Bunu öz çıxışlarım zamanı dəfələrlə bildirmişəm ki, miqrantlarla rəftarda polislər öz mədəniyyətini nümayiş etdirir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə