Tural Abbaslı: “Müsavat Partiyası ALP və ACP-ni real müxalifət saymır”
Müsavat Partiyası əməkdaşlıq çərçivəsində müxalifət partiyaları ilə apardığı müzakirələrdə ALP və ACP-ni nəzərdə tutmayıb. SİA-nın məlumatına görə, bunu Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı hansı partiyaların real müxalifət partiyası olmasına münasibət bildirərkən deyib.
"Müsavat Partiyası danışıqlara başlamazdan öncə qərara alındı ki, Rəsulzadə-Elçibəy yolunu davam etdirən real müxalifət qüvvələrilə danışıqlar aparılsın" - deyən Müsavat yetkilisi qeyd edib ki, partiya daha öncədən bəyan etmişdi ki, bu sırada Açıq Cəmiyyət Partiyasını (ACP) və Azərbaycan Liberal Partiyasını (ALP) görmür: "Biz bu partiyalarla danışıqlar aparmağa ehtiyac duymuruq. Müsavat Partiyası bu məsələni dəfələrlə vurğulayıb. Zamanında da həmin partiyaların Milli Şurada təmsil olunmasının əleyhinə olmuşuq. Sadəcə, həmin vaxt ümumi prosesə ziyan olmasın deyə, razılaşdıq. Amma bu o demək deyil ki, bütün siyasi fəaliyyətimiz boyu həmin partiyalarla müttəfiqlik edək".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB