Elmar Məmmədyarov Çexiyanın ölkəmizdəki səfirini qəbul edib

Elmar Məmmədyarov Çexiyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib və çexiyalı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çex Respublikasının səfiri ölkəmizdən olduqca xoş təəssüratla ayrıldığını qeyd edib və ölkəmizdə onun fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə