Aydın Mirzəzadə: “Azərbaycanda keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyulub” AÇIQLAMA
"Son 10 ilin yekunlarına nəzər salsaq görərik ki, Azərbaycanda çox ciddi keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyulub. Hesab edirəm ki, bu ilk növbədə Azərbaycanın Ümummilli lider Heydər Əliyev siyasi irsinə söykənməsindən, ikincisi isə strateji istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən irəli gəlir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il ərzində ölkəmizdə qazanılan uğurlardan danışarkən deyib.
"Azərbaycan beynəlxalq aləmdə özünün yerini kifayət qədər inamla tutdu, təbii resurslarına sahib çıxdı və onu cəmiyyətin inkişafına yönəldə bildi. Bununla belə inkişafla bağlı Avropanın ən müasir təcrübəsini ölkəmizə gətirdi və milli dəyərlərimizi qoruyub saxladı. Ən əsası Azərbaycanda yeni təfəkkür hər bir vətəndaşın amalına çevrildi. Bir sözlə, dövlətimiz son 10 il ərzində böyük sıçrayış etdi. Azərbaycan Respublikasının Dövlət büdcəsi 25 dəfə artdı və ölkəmizin silahlı qüvvələrinin yenidən qurulması prosesi başladı. Dövlətimiz beynəlxalq aləmin çox aktiv siyasi oyunçularından birinə və kredit alan ölkədən, kredit verən ölkəyə çevrildi. Azərbaycanın son dövrlərdə isə bir sıra layihələri artıq beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır.
"Şahdəniz – 2" neft yatağının işlənməsi ilə bağlı müqaviləni artıq XXI əsrin müqaviləsi adlandırırlar. Təbii ki, bütün bunların əldə olunmasında cənab Prezident İlham Əliyevin əməyi böyükdür. Dövlət başçısı taktikanı düzgün seçir və komanda formalaşdıra bilir. Hesab edirəm ki, son 10 il həm indiki nəsil, həm də sonradan tarixçilər tərəfindən inkiafımızın qızıl dövrü kimi yüksək qiymətləndiriləcək"- deyə, millət vəkili sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB