"Prezident İlham Əliyev 10 il müddətində göstərdiyi fəaliyyətləri ilə dünya tarixinə düşüb” MÜNASİBƏT
"Prezident İlham Əliyevin 10 illik fəaliyyəti yalnız Azərbaycanda deyil, həmçinin bütün dünyada yüksək qiymətləndirilir". Bu sözləri SİA-ya millət vəkili Nizami Cəfərov ölkə başçısının 10 illik fəaliyyəti ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, 10 il müddətində əldə olunan uğurlar Ümummilli Lideri Heydər Əliyevin müxtəlif sahələrdə əsasını qoyduğu siyasətin düzgün olduğunu bir daha müəyyənləşdirdi.
Millət vəkili vurğulayıb ki, Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf edirilməsi nəticəsində bu gün Azərbaycanın yalnız uğurlarından danışmaq olar: "Bu uğurların içərisində iqtisadi sahədə əldə olunan nailiyyətləri xüsusi qeyd etmək olar. Ölkə başçısının qeyd etdiyi kimi, iqtisadiyyat inkişaf etməsə, dövlətin, xalqın müstəqilliyindən danışmaq mümkün deyil. Siyasi səviyyədə əldə olunan nailiyyətlərə gəldikdə, bu sahədə də çox böyük inkişaf görünür. Bu illər ərzində Azərbaycan beynəlxalq aləmdə tanındı və dünyada özünə qarşı yeni münasibətlər yaratdı. Bu gün demək olar ki, bütün dünya ölkələrində səfirliklərimiz, mədəniyyət mərkəzlərimiz var. Bu, dünyaya inteqrasiya deməkdir".
Ölkə rəhbərinin 10 illik fəaliyyəti nəticəsində mədəniyyət sahəsində də əldə olunan uğurlardan danışan N. Cəfərovun sözlərinə görə, bu illər ərzində ölkə mədəniyyəti yüksək inkişaf mərhələsi keçib: "Ölkə mədəniyyəti dünyada tanınır, dünya mədəniyyəti Azərbaycana gəlir. Azərbaycan ən böyük tədbirlərə ev sahibliyi edir. Böyük dialoq və müzakirələr Azərbaycanda keçirilir. Mənə elə gəlir ki, ölkə başçısının ən böyük uğuru isə Azərbaycan xalqının ikinci, üçüncü dərəcəli olmaq kompleksindən azad olmasıdır. Bu gün heç bir azərbaycanlı özünü ingilis, fransız və almandan aşağı hesab etmir. Bu, intellektin, mədəniyyətin inkişaf etdirilməsi deməkdir. Bütün bunlara görə, Prezident İlham Əliyevin 10 il müddətində göstərdiyi fəaliyyətləri ilə dünya tarixinə düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB