“Ölkə başçısının 10 illik hakimiyyəti dövründə müstəqilliyimiz daha da gücləndi" Münasibət

"Prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə ölkəmizin müstəqilliyi daha da gücləndi. Azərbaycanda bir sıra enerji layihələri həyata keçirilərək ölkənin iqtisadi gücü fövqəladə səviyyədə artıb. Bu illər ərzində Azərbaycanı dünyaya ən etibarlı tərəfdaş kimi tanıtmaq dövlətçiliyimizin inkişafına xidmət edən əsas amillərdən biri oldu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın inkişafı üçün görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən və yeni bir sistem formalaşdıran əsas qüvvəyə çevrilmiş oldu: "Burada əsas söhbət enerji layihələrindən gedir. Buna bariz nümunə kimi bir neçə gün bundan əvvəl imzalanan XXI əsrin layihəsi adlandırılan "Şahdəniz- 2" layihəsinin adını çəkmək kifayətdir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, nəqliyyat, informasiya telekommunikasiya texnologiyaları sahəsində Şərqlə Qərbi birləşdirən sistem formalaşdırılıb. Hesab edirəm ki, bütün bu addımlar gələcəkdə də Azərbaycanın iqtisadiyyatının inkişafına xidmət edəcək. Azərbaycan artıq öz enerji sahəsindən iqtisadiyyatını çox şaxəli sistemə keçirə bilir. Ölkəmiz öz müttəfiqləri ilə birgə işləri daha da genişləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...