Rusiyalı politoloq: “İşğal olunuş torpaqlarda tikinti işləri xaricdəki erməni diasporunun sponsorluğu ilə həyata keçilir” EKSKLÜZİV
"Ermənistanda bununla bağlı etirazlar gözləmək o qədər də inandırıcı səslənmir". Bu haqda Konstruktiv Siyasət Fondunun direktoru, rusiyalı politoloq Abdul Nağıyev Ermənistanın Vardenis rayonundan Azərbaycanın işğal olunmuş Ağdərə rayonuna uzunluğu 116 km olan avtomobil yolu çəkməyi planlaşdırması ilə bağlı SİA-ya verdiyi eksklüziv açıqlamasında bildirib.
Onun fikrincə, Ermənistanın hazırkı rəhbərliyi "milli ideya" müstəvisində Qarabağla bağlı erməni xalqının çoxəsrlik arzularının reallaşdırmaqla məşuldur: "Düşünürəm ki, ermənilərin çəkməyi planlaşdırdıqları yol, büdcə vəsaitinə tikilmir. Yolun salınması, o cümlədən, işğal olunuş torpaqlarda tikinti işləri xaricdəki erməni diaspora təşkilatlarının sponsorluğu ilə həyata keçilir".
Rusiyalı politoloq nəinki işğal olunmuş zonada tikintinin, ümumiyyətlə, işğalın özünün kobud şəkildə hüquq pozuntusu olduğunu bildirib: "Azərbaycan ərazilərinin işğal edilməsi faktı beynəlxalq birlik tərəfindən, eləcə də hüquqi cəhətdən əfsuslar olsun ki, öz təsdiqini tapmayıb. Bir çox beynəlxalq sənədlərdə Qarabağ erməniləri kimi anlayış var. Baxmayaraq ki, Qarabağ qətliamlarını elə həmin ermənilər törədib".
Abdul Nağıyev həmsədrlərin regiona səfərləri ilə bağlı məsələyə də aydınlıq gətirərək münaqişənin həllinin yaxın vaxtlarda görünmədiyini bildirib: "Azərbaycandan fəqli olaraq, Ermənistanın mövqeyi tamamilə ziddiyyətlidir və hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli formulu hələlik ki, görünmür. Çünki münaqişənin həll olunması yalnız xarici qüvvələrin Ermənistana davamlı təzyiqi ilə mümkün ola bilər. Lakin dünya siyasəti tərəfindən bu münaqişənin həlli istiqamətində qəti addımların atılmadığı da göz qabağındadır"
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB