Niyaməddin Orduxanlı: “Rəsul Quliyev ənənəsini davam etdirmək istəyir”

Niyaməddin Orduxanlı: “Rəsul Quliyev ənənəsini davam etdirmək istəyir”

"Rəsul Quliyev son 20 ildə 5-6 siyasi partiya yaratmasına baxmayaraq heç bir uğur əldə etməyib. Bundan sonra da nə qədər partiya yaradır-yaratsın heç bir uğur qazanmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.

Partiya rəsmisinin sözlərinə görə, Rəsul Quliyev görünür yenə də partiya yaratmaq ənənəsini davam etdirmək istəyir: "Amma düşünməlidir ki, artıq bu addımları hamı tərəfindən adi qarşılanır. Heç bir ajiotaj yaratmır. İnsanların gözündə olan imici də cılızlaşır. Nəticə etibarı ilə də uğursuzluğa gətirib çıxardır".

İNTİZARƏ MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə