Prezidentin doğum günü ilə əlaqədar Gəncədə ağacəkmə aksiyası keçirilir
Gəncədə Prezident İlham Əliyevin ad günü ilə əlaqədar ağacəkmə aksiyasına start verilib. SİA-nın məlumatına görə, dekabr ayının 23-dən başlayaraq Gəncə Şəhər İcra Hakimiyyəti "IDEA" təşkilatı (International Dialogue for Environmental Action) ilə birgə Məhsəti qəsəbəsində 52000 ağacəkmə aksiyasına start verib. Şəhərin bütün idarə və müəssisələri, o cümlədən yerli sakinlər könüllü olaraq bu aksiyaya qoşulublar. Hal-hazırda aksiya davam edir.
Qeyd edək ki, aksiya 1 həftə davam edəcək. Həmin ərazilər aqrotexniki qaydada əkinə tam hazırdır. Ağaclar əkildikdən sonra damcılama sistemi ilə suvarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB