Gələn il may ayında Azərbaycanda AŞ Daimi Komitəsinin iclası keçiriləcək
"Biz Avropa Şurası ilə əməkdaşlığımızı ən yüksək səviyyədə qururuq və həm Avropa Şurasının Parlament Assambleyası, həm də Avropa Şurasının Nazirlər Komitəsi ilə Azərbaycanın münasibətləri normal, işgüzar və hər iki tərəfi qane edən səviyyədədir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin üzvü, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə deyib.
S.Seyidov bildirib ki, gələn il may ayının sonunda Azərbaycanda AŞ Daimi Komitəsinin iclası keçirilməlidir ki, iyun ayından sədrlik Azərbaycana keçsin: "Hazırda AŞ-yə sədrlik Avstriyadadır və onun sədrliyi iyun ayına qədər davam edəcək. Azərbaycanın sədrliyi çərçivəsində müxtəlif proritetləri var. Sizi əmin edə bilərəm ki, bu prioritetlər həm Azərbaycanın, həm Avropanın üst-üstə düşən dəyərləri əsasında formalaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB