Rəsul Quliyev Sülhəddin Əkbəri çətin vəziyyətdə qoyub

Rəsul Quliyev Sülhəddin Əkbəri çətin vəziyyətdə qoyub
Dekabrın 22-də Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin sessiyası keçirilib. SİA-nın məlumatına görə, sessiyada partiyanın növbəti qurultayının çağırılması, eləcə də partiyanın adının dəyişdirilməsi barədə qərar verilib. Partiya sədri Sülhəddin Əkbər ACP-nin bütün seçkili orqanlarının buraxıldığını bildirib: "Qurultayın keçirilməsinə hazırlıq işləri üçün üç ay vaxt ayırılıb və bu səbəbdən partiyanın bütün seçkili orqanları buraxılıb".

Xatırladaq ki, ACP 6 il əvvəl təsis olunub və bir neçə ay öncəyə qədər Rəsul Quliyev bu partiyanın lideri olub. Lakin ACP dövlət qeydiyyatına alınmayıb. Partiyanın qeydə alınmaması isə rəsmi axtarışda olan Rəsul Quliyevin ölkədə olmaması ilə əlaqələndirilir. Məhz bu səbəbdən çətin vəziyyətdə qalan Sülhəddin Əkbər ACP-nin adının dəyişdirilməsinə çalışır.

Bütün məsələlər, o cümlədən partiyanın qeydiyyatı məsələsi, ad məsələsi qurultaya hazırlıq üzrə təşkilat komitəsində müzakirə olunacaq. Bir çox ciddi məsələlər müzakirə olunacaq…" - deyə o, bildirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com