Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 23 dekabr 2013-cü il tarixində saat 11:00-dan İmişli şəhərində vətəndaşların qəbulu keçiriləcək. SİA-nın məlumatına görə, qəbulda yalnız Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Bununla belə qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı müraciətlərə "Gənclər Mərkəzi"nin binasında (ünvan İmişli şəhəri, 20 Yanvar küçəsi 2), digər müraciətlərə isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: İmişli şəhəri, Xiyabani küçəsi 2) müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı 22 dekabr 2013-cü il tarixində saat 09:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB