Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev vətəndaşları qəbul edəcək. DGK-dan SİA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 27-də Yevlax Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11-də başlayacaq.

Qəbul zamanı bölgədə yerləşən Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Ağdaş, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə