Rufiz Qonaqov: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi məqam yetişib”
"Dağlıq Qarabağ probleminin həllində müəyyən irəliləyişlər var. Qərb də başa düşməlidir ki, Qafqaz regionunda iqtisadi, siyasi, sosial inkişafa nail olmaq üçün Dağlıq Qarabağ probleminin həlli vacibdir. Bunun üçün münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun tərkibində dəyişiklik edilməlidir. Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz edilməli və hər bir AB üzvü dövlətlərinin bir xüsusi nümayəndəsi danışıqlara qatılmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib.
O qeyd edib ki, yeni tərkibə Türkiyənin cəlb edilməsi vacibdir: "Bu formatda keçirilən görüşlərdə münaqişənin həllinə nail olmaq üçün real şanslar yarana bilər. Türkiyənin bu formata daxil edilməsi isə daha vacibdir. Çünki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması və sərhədlərin açılamsı məhz, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB