“Region gənclərin informasiya texnologiyaları sahəsində yeni peşələrə yiyələnməsinin stimullaşdırılması”
Layihəyə yekun vuruldu

Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Region gənclərin informasiya texnologiyaları sahəsində yeni peşələrə yiyələnməsinin stimullaşdırılması" layihəsinə yekun vurub. Təşkilatın icraçı direktoru Kənan Qubadzadənin SİA-ya verdiyi məlumata görə, layihə uğurla həyata keçirilib: "3 ay müddəti əhatə etməsinə baxmayaraq 6 regionda - Qax, Quba, Qəbələ, Şirvan, Şəmkir, Mingəçevirdə tədbirlər reallaşdırılıb. Layihədə hər rayondan 100 nəfər olmaqla ümumilikdə 600 nəfər iştirak edib. Buklet və broşurların paylanması nəticəsində 3000 gənc layihəyə dolayı yolla cəlb edilib. Layihənin məqsədi region gənclərini informasiya – kommunikasiya texnologiyaları sahəsində maarifləndirmək, onların imkanlarından səmərəli istifadə haqqında məlumatlandırmaq, yeni peşələrin araşdırılması, onların üstün cəhətləri, aktuallığını təbliğ etmək və gənclərin bu sahəyə marağını stimullaşdırmaq idi".

Bütün xəbərlər Facebook səhifəmizdə