Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi dekabrın 28-dən yanvarın 6-dək gücləndirilmiş iş rejimində çalışacaq. Beynəlxalq Avtovağzal Kompleksindən SİA-ya verilən məlumata görə, bu, bayram günlərində ölkədə sərnişindaşımada intensivliyin artması ilə bağlıdır. Əgər adi günlərdə 6-7 min sərnişin daşınırdısa, bayram günlərində bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də əhalinin tələbatını ödəmək üçün marşrutlara buraxılacaq avtobusların sayı artırılacaq. Adi günlərdə xəttə 300-350 avtobus buraxıldığı halda, bayram günlərində onların sayı 650-700-ə çatdırılacaq.

Bununla əlaqədar artıq ayrı-ayrı hüquqi və fiziki şəxslərlə danışıqlar aparılmış, avtobuslar sazlanaraq hazır vəziyyətə gətirilmiş, qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz olaraq artırılması halları ilə qarşılaşdıqları Dispetçer məntəqəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə