Aytən Mustafayeva: “Sosial məsələlərin köklü həlli son 10 ilin uğurlarıdır"
"Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmiz, millətimiz, dövlətimiz üçün gördüyü işlər göz qabağındadır. 10 il ərzində Azərbaycan iqtisadiyyatının analoqsuz inkişafı, dövlətimizin çox mühüm ölkədaxili və beynəlxalq layihələr həyata keçirməsi, əhalinin maddi rifah halının günbəgün yaxşılaşması, yoxsulluğun 49 faizdən 5 faizə enməsi, dünyanın Azərbaycanla hesablaşması dövlətimizin inkişafının göstəricisidir". Dövlət başçısının 10 illik fəaliyyətini şərh edən millət vəkili Aytən Mustafayeva bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın investisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə çevrildiyini deyən millət vəkili A.Mustafayeva qeyd edib ki, dövlətimiz son 10 il ərzində bir neçə mühüm enerji, infrastruktur layihələr həyata keçirmişdir:
"Bakı-Tbilisi-Ceyhan"-nın fəaliyyətə başlaması,"TANAP" layihəsi, bu günlərdə imzalanan "Şahdəniz-2" layihəsi dünyada analoqu olmayan layihələrdir. Təsəvvür edin ki, Cənab Prezidentin atdığı hər bir addım nəinki region ölkələri, eyni zamanda uzaq ölkələr üçün də əhəmiyyətli olub. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi və dünyada sülhün qorunması üçün bir sıra beynəlxalq layihələrdə ölkəmizin aktiv fəaliyyəti, bütün dünyanın Azərbaycana olan etimadı məhz İlham Əliyevin siyasəti nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanla hesablaşmamaq mümükün deyildir. Ölkəmizdə yoxsulluğun səviyyəsinin minimuma enməsi, sosial məsələlərin köklü həlli son 10 ilin uğurlarıdır. Eləcə də, insan hüquq və azadlıqlarının qorunması baxımından da Azərbaycan nümunədir. Zaman-zaman bizi qısqanıb qərəzli münasibət sərgiləyənlər olub, amma dünyanın əsas beynəlxalq təşkilatları, dövlətləri Azərbaycanın bu sahədə də atdığı müsbət addımları təqdir edir. İnanıram ki, Azərbaycanı daima inkişafa aparan Cənab İlham Əliyevin atdığı addımlar bundan sonra da millətimizə firəvanlıq gətirəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB