"Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü"

"Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü"

Bu gün Vergilər qəzeti tərəfindən "Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü" adlı konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Vergilər Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Sahibkarlar Konfederasiyasının nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edib.

Konfransı giriş nitqi ilə "Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev açaraq deyib ki, Vergi partnyorluğu bütün dünyada yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin mühüm elementlərindən biri kimi qəbul edilir

Vergilər Nazirliyinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev deyib ki, ölkədə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində (KİV) vergi ödəyiciləri, vergidə baş verən dəyişikliklər haqqında mütəmadi məlumatlar verilsə də, bu, bir o qədər də geniş və əhatəli deyil: "Azərbaycanda vergi sistemində (qanunverciliyinin təkmilləşdirilməsi, infrastruktur və s.) ciddi islahatlar aparılır. Əsas məqsəd isə bütün bunların vergi inzibatçılığının qurulmasına yönəlməsidir. Nazirlik tərəfindən mütəmadi olaraq dünyada, beynəlxalq aləmdə mövcud olan metodologiyalar axtarılır və bu, Azərbaycanın vergi sisteminə uyğunlaşdırılır. Vergi sistemində kifayət qədər güzəştlər və imtiyazlar mövcuddur. Bunların hər biri zəruri və məcburi xarakter daşımır. Könüllülük əsasında vergi ödəyiciləri bundan yararlana bilərlər.

A.Musayev diqqətə çatdırıb ki, nazirlik vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı inam əsasında qurulmasına imkan verən çevik və işlək mexanizmlərin tətbiqində maraqlıdır.

Daha sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Məhəmmədəli Əfəndiyev və digərləri konfransın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə