AXCP-Müsavat partiyaları arasında aparılan müzakirələrdən sonra hər iki siyasi təşkilatn tərəfindən irəli sürülən ziddiyyətli fikirlərin səsləndirilməsi davam etdirməkdədir. Qeyd edək ki, Müsavat Partiyası müttəfiqlik təklifini irəli sürsə də, AXCP bu təklifin müzakirəsini təxirə salıb. SİA-nın məlumatına görə, bunu Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da dolayısı ilə etiraf edib: "AXCP Rəyasət Heyətində Müsavat Partiyasının təklifi hələ müzakirəyə çıxarılmayıb...".
AXCP-Müsavat birliyinin vahid partiya formatında fəaliyyət göstərməsinə dair fikirlər də münasibət bildirən Cəbhə yetkilisi müsavatçılara xatırlatma edərək bəyan edib ki, hələ iki il əvvəl AXCP-nin qurultayı Müsavat Partiyası ilə birləşməyə dair qərar qəbul etmişdi: "Biz bu təklifi alarkən belə bir qənaətə gəldik ki, inteqrasiyanın daha dərin və təkmil forması kimi AXCP-nin birləşmə qərarı əsas götürülə bilər. Lakin F.Qəhrəmanlı burada əsas olaraq inisiativin Cəbhə tərəfindən sürülməsinin tərəfdarı olduğunu gizlətməyib:"Əgər Müsavat Partiyası müttəfiqlik sazişi təklif etməklə inteqrasiya istəyirsə, o zaman biz daha güclü forma kimi birləşmək qərarını əsas götürə bilərik və bununla da AXCP ilə Müsavatın birləşməsi prosesi başlaya bilər...Ümid edirəm ki, Müsavat Partiyası AXCP-nin birləşməklə bağlı təklifinə indiki vəziyyəti nəzərə alaraq, müsbət cavab verəcək. O ki, qaldı Müsavatın AXCP-yə müttəfiqlik təklifinə, hesab edirəm ki, iki partiya arasında ayrıca tənzimlənməyə ehtiyac yoxdur. Çünki hər iki partiya Milli Şurada təmsil olunur və bizim bu qurum çərçivəsində faktiki olaraq müttəfiqlik münasibətlərimiz mövcuddur."
F.Qəhrəmanlı Müsavat Partiyasının Milli Şuradan çıxma ehtimalına da işarə edərək AXCP-nin əks təqdirdə bu partiya ilə müttəfiqlik etməyəcəyini də bəyan edib: " AXCP-nin mövqeyi budur ki, Xalq Cəbhəsi Milli Şuradan kənar hər hansı iki tərəfli münasibətləri tənzimləyən sənədin imzalanmasına ehtiyac olmasın. Bu artıq Milli Şuranın əhəmiyyətini aşağı sala bilər. Ona görə də biz daha çox ikitərəfli münasibətlərin Milli Şura çərçivəsində inkişafında maraqlıyıq."
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB