Əli Həsənov: " Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi" FOTO
"Azərbaycan mədəniyyəti, adət-ənənələri, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilib bizim idarəçiliyin əsasında dayanması, sonrakı innovatorluq, dinamizm sözün həqiqi mənasında Ümummilli Heydər Əliyevin idarəçilik təlimini xarakterizə edən əsas əlamətlərdən biri idi. Bu gün hamı üçün bəllidir ki, Ulu Öndər Azərbaycana təkcə bu günkü müstəqil dövlətimizi deyil, eyni zamanda onun idarəçilik təlimini də ərmağan edib". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Dövlət idarəçiliyində varislik, novatorluq və dinamizm" İlham Əliyevin Prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008-2013-cü illər) kitabının təqdimatında çıxışı zamanı deyib.
PA rəsmisinin sözlərinə görə, biz bu gün o idarəçilik təlimindən bəhərələnərək Azərbaycanın inkişafının ayrı-ayrı istiqamətlərini tədqiq edirik və Azərbaycan dövlət idarəçilik təlimindən istifadə edərək dövlətimizi idarə edirik: "Bununla da biz Azərbaycan xalqının firəvan, dinc, təhlükəsiz və dinamik həyatını təmin edirik. Odur ki, sözün həqiqi mənasında bu təlimin səlnaməsinin yaradılması, onun təhlil olunması, ayrı-ayrı xarakterik xüsusiyyətlərinin ümumiləşdirilməsi və geniş oxucu kütləsinə çatdırılması, o cümlədən Azərbaycanı tədqiq edən, ölkəmizlə maraqlanan xarici auditoriyalara çatdırılması bu gün üçün çox aktuallıq kəsb edir. Heydər Əliyevin dövlət idarəçilik təlimində bir neçə prinsipi var idi. Birincisi, Ulu öndərin varislik təliminin bu günkü dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən nəzərə alınmasını siz əyanı şəkildə şahidi olursunuz. Heydər Əliyevin dövlət idarəçilik təlimi ilk növbədə, Azərbaycan xalqının milli iradəsinə söykənir. Ümummilli liderimiz deyirdi ki, "Milli iradə və milli birlik olmayan yerdə nə dövlət, nə müstəqillik elan oluna bilər, nə təmin edilə, nə də davamlı ola bilər".
Ulu öndərin Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ərəfəsində Azərbaycan ziyalılarına ünvanladığı məktubda birinci prinsip olaraq bir məsələ qoyulmuşdu ki, Azərbaycan o vaxt müstəqil dövlət şəklində formalaşa, qurula, möhkəmlənə və öz müstəqilliyini qoruya bilər ki, bu dövlət vətəndaşların iradəsinə söykənsin və onların iradəsi də öz nöbəsində milli birliyə söykənsin. Beləcə, milli birlik bizim dövlətin əsas prinsiplərindən biri olsun.
Ümummilli liderin irəli sürdüyü ikinci prinsip sosial ədalət prinsipi idi. O dövlət dayanıqlı ola bilər ki, həmin dövlətin həyatında sosial ədalət prinsipi mövcuddur, yaşayır və qorunur. Əgər bir dövlətdə ədalət yoxdursa və haqlının gücü bəzən güclünün haqqına qurban verilirsə bu dövlətdə ədalət ola bilməz. Yəni haqlının güclü olduğu bir dövlət, haqlının həmişə dövlət tərəfindən qorunması Heydər Əliyevin idarəçiliyinin əsas prinsiplərindən biri idi. Ümummilli liderin hüquqi dövlət və qanunçuluq kimi bir ifadəsi var idi. Bir dövlətin xalqı və vətəndaşı özünün haqlarını anlayarsa və o haqların ona, onun ailəsinə, xalqına gətirdiyi dəyərləri hiss edərsə, bu dövlətin xalqını heç kim məğlub edə və iradəsindən çəkindirə bilməz. Heydər Əliyev o zaman Azərbaycan ziyalılarına həmin müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan cəmiyyətində cinayətkarların cəzasız qalması, günahsızların isə cinayətə məruz qalması ciddi bir narazılıq yaradır və bu, sosial çaxnaşmaya, sosial fəlakətə aparır. Yadınızdadırsa, 1991-1993-cü illərdə Azərbaycanda sözün həqiqi mənasında bir xaos, anarxiya hökm sürürdü, cinayətkar cəzasız qalırdı və günahsızlar cəzaya məruz qalırdılar. Belə olan halda qanunçuluq da pozulmuşdu, hüquqi dövlət normaları da pozulmuşdu, bir sözlə kim güclü idisə o da haqlı idi. Kimin çiynində silah var idisə, o istənilən şeyi həyata keçirirdi. Belə bir dövlətdə Heydər Əliyevin dövlətçilik təliminin əsas şərtlərindən biri hüquqi dövlət, demokratiya prinsipləri idi. Ümummilli liderin müstəqil Azərbaycan dövlətinin qurulmasının əsas prinsipləri sırasına demokratiya, siyasi plüralizm məsələsini irəli sürdü. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının üçdə bir müddəası insan haqlarına, insanların fikir və düşüncəsinin sərbəstliyinə, ən optimal qərarların qəbul edilməsi üçün insanların fikir plüralizminin istifadəsinə və çoxluğun iradəsinin höküm sürməsinə həsr olunub.
Və nəhayət ümumilli lider Heydər Əliyevin dövlət təliminin əsas tərkib hissələrindən biri effektli dövlət idaerəçiliyi sisteminin yaradılması idi. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini bu gün innavatorcasına davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB