Arif Hacılı: “Müsavat ACP və “El”lə danışıqlara getməyəcək” EKSKLÜZİV

Arif Hacılı: “Müsavat ACP və “El”lə danışıqlara getməyəcək” EKSKLÜZİV

"Müsavat partiyası ACP və "El" Hərəkatı ilə müttəfiqlik sazişi barədə hər hansı bir müzakirə aparmağı düşünmür". Bunu SİA-ya açıqlamasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.

A.Hacılı "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin Müsavatın müttəfiqlik sazişi istiqamətində attığı addımları anlamadığı açıqlamasına da münasibət bildirərkən qeyd etdi ki, o da öz növbəsində "El" rəsmisinin sözügedən münasibətini anlamır və yaxşı olardı ki, E.Quliyevin özü münasibət bildisin: "Yaxşı olardı ki, Eldəniz bəyin özü dediyi fikirlər barədə açıqlama versin".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə