Müttəfiqlik və birləşmə təklifləri partiyalar arasında münaqişə yaradıb

Müttəfiqlik və birləşmə təklifləri partiyalar arasında münaqişə yaradıb

Müsavat başqanı İsa Qəmbərin bir neçə gün öncə mətbuata verdiyi açıqlamasından da aydın oldu ki, Müsavat-AXCP görüşündən sonra tərəflər bir-birlərindən narazı ayrılıblar. Belə ki, AXCP-nin birləşmə təklifini rədd edən Müsavat partiyası özünü Əli Kərimlinin ağalığından hifz etməyə çalışıb. Bu isə təbii ki, "Yurd" şefinin xoşuna gəlmədi.

Hadisələrin bu cür gedişi Müsavat partiyasının rəhbərliyini məcbur etdi ki, onlar özlərini sığortalamaq üçün AXCP-yə müttəfiqlik sazişini təklif etsinlər. Lakin SİA-nın məlumatına əsasən, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, AXCP-nin iclasında ümumiyyətlə Müsavat partiyasının müttəfiqlik sazişi təklifinə baxılmayıb və bu barədə müzakirələr aparılmayıb.

Buradan belə nəticəyə gəlinir ki, Müsavat AXCP-nin təklifini rədd etdiyi kimi, AXCP-də Müsavatın təklifini rədd edib. Onların münasibətlərindən mövcud olan gərginlik bu istiqamətdə davam edir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə