Həsən Kərimov: “Niyə Rəsul Quliyevin ətrafında beş nəfər adam yoxdur?”
"Mən təəssüüf edirəm ki, özünə siaysətçi deyən bir adam belə bir açıqlama verir. Rəsul Quliyev çabalamaqla məşğuldur. Gah orda, gah burda partiya yaradır. Əgər qüvvətli bir şəxsdirsə, ciddi bir siyasətçidirsə, niyə onun ətrafında beş nəfər adam yoxdur?". Bunu SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Həsən Kərimov bildirib.
O qeyd edib ki, ətrafında beş nəfər adamın olmadığı bir şəxsin siyasətdən danışması absurd məsələdir: "Rəsul Quliyev yaxşı olardı ki, müxalifətin mitinqini şərh etməsin, özünün problemlərini həll eləsin. İndi bəyan eləyir ki, partiya yaradır. O, dəfələrlə partiyalar yaradıb, amma heç birinin normal fəaliyyəti olmayıb. Heç öz ətrafına qohumlarını belə yığa bilməyib. Ona görə onun partiya yaratması gülünc bir şeydir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB