BAK-ın sifarişi ilə Ulu Öndərin portreti həkk olunan qol saatları hazırlanıb
Benilüks Azərbaycanlıları Konqresinin Amsterdamda yerləşən baş qərargahında Heydər Əliyevin xatirəsinə həsr olunan "Ölməz Ulu Öndər-Heydər Əliyev" adlı anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Benilüks Azərbaycanlıları Konqresinə daxil olan təşkilatların rəhbərləri, siyasi xadimlər, ziyalılar, Azərbaycan, türk, yəhudi icmalarının nümayəndələri, iş adamları iştirak ediblər.
Tədbir zamanı Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub, dahi şəxsiyyətə həsr olunan və müxtəlif dillərdə çap olunan kitablar paylanıb.
Benilüks Azərbaycanlıları Konqresi adından rəsmi qonaqlara "Caspian International Company Amsterdam" şirkətinin sponsorluğu ilə İsveçrənin WMC şirkətində hazırlanan və üzərində Ümummilli Liderin portreti həkk olunan qol saatları hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB