Deputat: “100-200 nəfəri boş yerə qışqırtmaqla deyil ki…”

Astan Şahverdiyev: "Xalq müxalifətin bu mitinqinə də məhəl qoymayacaq"
Deputat: “100-200 nəfəri boş yerə qışqırtmaqla deyil ki…”

"Milli Şura" adlı qurum kağız üzərindədir, bu qurumun əməli fəaliyyəti yoxdur. Müxalifət xaricdən qrantlar almaq üçün mitinqlər keçirir. Boş yerə hər dəfə 100-200 nəfəri meydana aparıb qışqırtmaqla deyil ki".

"Milli Şura"nın dekabrın 15-də təyin etdiyi mitinq qərarını şərh edən millət vəkili, professor Astan Şahverdiyev bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Yanacağın qiymətindəki artımı bəhanə edib xalqı mitinqə səsləməyin müxalifətə heç bir xeyir gətirməyəcəyini deyən millət vəkili A.Şahverdiyev qeyd edib ki, yanacağın qiyməti artan günün səhərisi əhalinin bütün təbəqələrinin məvacibləri də artırıldı: "Xalq müxalifətin bu mitinqinə də məhəl qoymayacaq. Çünki onların sosial dayağı yoxdur. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, müxalifət yanlış yoldadır və heç bir əsası olmayan siyasi proqnozları ilə özlərini gülünc vəziyyətə qoyurlar. Onlar Ukraynada, ərəb ölkələrində baş verən hadisələri Azərbaycanla müqayisə edirlər. Amma anlamırlar ki, həmin ölkələrdə hakimiyyət boşluğu var, Azərbaycan isə oturuşmuş və xalq söykənən hakimiyyətə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə