Məlahət İbrahimqızı: “Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaq ” AÇIQLAMA

Məlahət İbrahimqızı: “Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaq ” AÇIQLAMA

"Təbii ki, bir neçə dəqiqə ərzində Çağdaş Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev haqqında danışmaq çox çətin, amma eyni zamanda da çox asandır. Ona görə ki, biz Heydər Əliyev kimi böyük şəxsiyyətin müasirləri olmuşuq". Bu sözləri SİA-ya millət vəkili Məlahət İbrahimqızı Ulu Öndərin anım günü ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşının hər birinin ürəyində Ulu Öndərlə bağlı bitməz xatirələri var: "Ümummilli Lider hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaldıb. Ulu Öndər gələcək nəsillər üçün də böyük örnəkdir. Dahi Liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini ildən- ilə daha çox görürük. Hazırda Azərbaycanın gündən-günə güclənməsi, sürətlə inkişaf etməsi, bölgənin lider ölkəsinə çevrilməsi Ulu Öndər siyasətinin nəticəsidir. Buna görə biz Ümummilli Liderin qarşısında baş əyir, öz minnətdarlığımızı, ehtirarmımızı bildiririk. Bu gün əldə olunan bütün nailiyyətlər məhz Ulu Öndərin qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin nəticəsidir".

M. İbrahimqızı həmçinin vurğulayıb ki, Azərbaycan dünyanın geosiyası xəritəsində ən mürəkkəb bölgədə yerləşən ölkədir. Millət vəkilinin sözlərinə görə, belə bir bölgədə yerləşən ölkədə siyasət yürütmək çox çətindir: "Bunun üçün gərək müdrik biliyə, mükəmməl dünya görüşünə malik olasan. Prezident İlham Əliyevin bu cür siyasət yürütməsi böyük dövlət adamı, dövlət siyasətçiləri arasında özünməxsus yer tutan, türk dünyasının böyük şəxsiyyəti olan Ulu Öndər Heydər Əliyev məktəbini keçməsidir. Ulu Öndər deyərdi ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də o qədər olacaq. Mən də deyirəm ki, nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev daima yaşayacaq. Ümummilli Lider gələcək nəsillər üçün bir örnək, qəhrəmanlıq səlnaməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə