"Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) dəstək olaraq iştirak edəcəyi yalandır". Bu sözləri SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov milli istiqlalçıların Milli Şuranın mitinqində iştirak edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayarkən bildirib.
"Partiyadan kimlərinsə iştirakı ilə bağlı heç kim heç bir fikir söyləməyib" – deyən AMİP funksioneri onu da bildirib ki, insanları aldatmaq istəyənlər bununla heç nə əldə edə bilməyəcəklər: " Burada müəyyən məqsədləri olan tərəflər var və onlar bu cür yalan məlumatlarla insanları aldatmasınlar. Onsuz da onlar nə isə əldə edə bilməyəcəklər".
AMİP lideri Etibar Məmmədovun Milli Şuranın mitinqində iştirakına da fikir bildirən Əli Orucov bu iddianı da yalan və absurd adlandırıb: "Etibar Məmmədovun Milli Şuranın mitinqində iştirak edəcəyi isə tamamilə yalan və absurd iddiadır. İnanmıram ki, ümumiyyətlə AMİP-dən kimsə onların təşkil etdiyi mitinqə dəstək versin".
Xatırladaq ki, bugünlərdə AXCP-yə yaxınlığı ilə seçilən mətbu orqanlarda Milli Şuranın 15 oktyabrda keçirməyə planlaşdırdığı aksiyada AMİP lideri Etibar Məmmədovun və partiyadaşlarının iştirakı barədə informasiyalar verilib.
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB