Rusiya İrandan hesab sormağa gedib?

Rusiya İrandan hesab sormağa gedib?

İranın Ermənistana Rusiyadan təchiz ediləndən daha ucuz qaz təchizi təklifinin ardından Rusiya xarici işlər naziri Sergey Lavrov təcili olaraq İrana səfər edib.

Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir. Nəşrdə İran Prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşlər keçirən S.Lavrov Rusiya-İran münasibətlərinin inkişafına, İranın nüvə proqramı ilə bağlı yaranmış yeni vəziyyətinə, beynəlxalq və regional proseslərə dair müzakirələr aparıldığını qeyd edir. Lakin Sergey Lavrovun İran səfərinin başlıca məqsədinin İranın bu günlərdə Ermənistana təbii qazın kubmetri 100 dollara satması təklifinin hesabını sormaq istəməsi istisna edilmir.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə