Rəsul Quliyevin ACP liderliyindən istefasının əsl səbəbi bəlli oldu EKSKLUZİV

Rəsul Quliyevin ACP liderliyindən istefasının əsl səbəbi bəlli oldu EKSKLUZİV

SİA-ya daxil olan informasiyaya görə, Rəsul Quliyev ACP və "Milli Şura" arasındakı əlaqələrə həmişə nöqtə qoymaq istəyib. Ancaq dəfələrlə ACP sədri Sülhəddin Əkbərin etirazı ilə qarşılaşıb.

Mənbə bildirir ki, hələ bir müddət öncə R.Quliyev S.Əkbərin qarşısında şərt qoymuşdu ki, "Milli Şura"nın mitinqinə ACP-dən bir nəfər də qatılmasın: "Ancaq S.Əkbər xaricdə oturub əmr verən liderdənsə, ona qucaq açan Müsavat və AXCP rəhbərlərinin sözünü rəhbər tuturdu".

Mənbə əlavə etdi ki, R.Quliyevin S.Əkbər qarşısında ikinci şərt qoyması onu əməlli-başlı özündən çıxarıb: "R.Quliyevi "Milli Şura"dan çıxaranda o, S.Əkbərə deyib ki, əgər məni çıxarsalar, sən də istefa ver. Amma S.Əkbər istefa vermədi. Yadınızdadırsa, R.Quliyevin "Milli Şura"dan çıxarılması məsələsinə baxanda S.Əkbər buna etiraz etmişdi. Amma onun "nə od yansın, nə kabab" siyasəti baş tutmadı. Nəticədə hər iki şəxs arasında ciddi narazılıq yarandı və R.Quliyev də liderlikdən istefa verdi. Ancaq özü bunu gizlədir. Ola bilsin ki, yaxın vaxtlarda R.Quliyevin ACP-yə liderlik statusu qaytarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə