Müasir Müsavat "Yeni Müsavat"ın baş redaktorunu ittiham etdi

“Rauf Arifoğlu siyasi qurumlar arasında parçalanma salmaqdan ötəridir”
Müasir Müsavat "Yeni Müsavat"ın baş redaktorunu ittiham etdi

"Bu gün Rauf Arifoğlunu atıblar ortalığa. "Yeni Müsavat"ın baş redaktoru Azərbaycanda yaradılmış siyasi qurumlar arasında parçalanma salmaqdan ötəri yetişdirilib. Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, Rauf Arifoğlu İsa Qəmbərlə birləşərək Azərbaycandakı siyasi partiyaların inkişaf etməsinə imkan vermirlər: "Partiyaları monopoliyaya alıblar və çox firavan həyat sürürlər. Bu cür siayasi monopolistlərə inanmaq və onların araxasınca getmək olmaz. Onlar özlərinin dəbdəbəli yaşam tərzlərindən ötəri bu cür siyasi çaşqınlıq salırlar".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə