Siyavuş Novruzov: "Milli Şura adlı qurum iflasa uğrayıb"

Siyavuş Novruzov: "Milli Şura adlı qurum iflasa uğrayıb"

"Azərbaycanda iqtidar xalqla bir yerdədir. Ona görə də Ukraynada baş verənlər Azərbaycanda heç bir halda təkrar oluna bilməz". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın dekabrın 15 planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərənə münasibət bildirərkən deyib.

S.Novruzov bildirib ki, Azərbaycan xalqı öz prezidentini dəstəkləyir: "Bir neçə ay bundan öncə Azərbaycan xalqı çox böyük səs çoxluğu ilə öz prezidentin seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onların bu istəkləri heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur".

S.Novruzov müxalifətlə iqtidar arasında dialoq məsələsinə toxunarkən bildirib ki, müxalifət ilə dialoq var: "Yəni müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özün kənara çəkib dialoqda iştirak etmirsə bu onların öz işidir. Parlamentdə təmsil olunan digər müxalif partiyalarla dialoq var".

Bütün xəbərlər Facebook səhifəmizdə