Əli Həsənov: “Tezliklə ermənilər hazırki rejimdən xilas olaraq Azərbaycana sığınacaqlar”

Əli Həsənov: “Tezliklə ermənilər hazırki rejimdən xilas olaraq Azərbaycana sığınacaqlar”

"Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə xalqa müraciətindəki tövsiyyələrini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən başqa hər birini son 10 il ərzində icra edib". SİA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavinin sözlərinə görə, bu problemin həlli yalnız Ermənistandan asılıdır: "Hesab edirəm ki, Ermənistan tezliklə düz yola gələcək, yəni bu məsələnin həlli sonsuz ola bilməz. Erməni xalqı zülm içərisindədir. Hazırki rejim öz xalqını zülmətdə saxlayır. Ancaq vaxt gələcək erməni xalqı həmin rejimdən xilas olacaq və onlar Azərbaycana sığınacaqlar. Çünki ermənilər tarix boyu güclülərin yanına qaçıb, onlardan dəstək istəyib, boyun əyiblər. Vaxt gələcək ermənilər xoş gələcəkləri üçün güclü Azərbaycanın qarşısında boyun əyəcəklər. Nə qədər tez bu addımı atsalar, bu yalnız onların öz xeyrinədir".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan müharibə şəraitində olsa da, öz inkişaf yolunu uğurla davam etdirir və ermənilər Azərbaycanın güclü olduğunu başa düşməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə