Rasim Musabəyov: “Ultimatumla danışıqlara getmək heç bir nəticə verməyəcək”
"Mixail Saakaşvili belə güclü idisə, Gürcüstandakı hakimiyyəti saxlayardı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Mixail Saakaşvilinin Ukraynaya gedərək, müxalifətə dəstək verməsinə münasibət bildirərkən deyib.
Politoloq "Mixail Saakaşvili Ukraynaya getməsi ilə bu ölkənin yarısını ala bilər kimi fərziyyələr"in böş cəfəngiyyat olduğunu bildirdi: "Ümumiyyətlə Ukraynadakı baş verən hadisələrin sonunu bir çox variantlarla səsləndirmək olar. Parlamentin buraxılması ilə, yeni seçkilərin təyin olunması ilə, prezidentin istefası ilə nəticələnə bilər heç bir dəyişiklik olmadan da nəticələnər. Məlum olduğu kimi Ukrayna dövlət başçısı Viktor Yanukoviçin güc tətbiq etməyə cəsarəti çatmır. Onun siyasətinə qarşı çıxanlar isə bir sıra müxalif liderləri isə məhz Yanukoviçi devirmək istəyirlər. Hesab edirəm Ukrayna prezidentini devirmək qeyri-qanuni bir hadisə olardı. Belə ki, Viktor Yanukoviç qanuni seçilmiş prezidentdir".
Millət vəkili hesab edir ki, Ukrayna müxalifət liderlərinin hakimiyyətlə danışıqlara getmək üçün qoyduqları şərt bir nəticə verməyəcək: "Ultimatumla danışıqlara getmək heç bir nəticə verməyəcək".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB