“Azərbaycan xalqı İlham Əliyev kimi rəhbəri olduğu üçün xoşbəxtdir” AÇIQLAMA

“Azərbaycan xalqı İlham Əliyev kimi rəhbəri olduğu üçün xoşbəxtdir” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbayanın əldə etdiyi uğurların sayı-hesabı yoxdur. Hər bir şey göz önündədir. Necə deyərlər "görünən dağa bələdçi lazım deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsinə münasibət bildirərkən deyib.

F.İsmayılovun sözlərinə görə, dövlət başçısının ölkəmizin inkişafı istiqamətindəki bütün səyləri, dünya arenasında Azərbaycanın imicini yüksəltməsi bu ada layiq olduğunu bir daha sübut edir: "Azərbaycan bir çox beynəlxalq təşkilatların (BMT TŞ və s.) üzvü olub. Ümumiyyətlə, ölkəmizin daxilində gedən bu inkişafın, tərəqqinin ən başlıca səbəbkarı birmənalı olaraq cənab Prezident İlham Əliyevdir. Ölkə başçısının təşkilatçılığı, insanlarla münasibəti və Azərbaycanın sabahını düşünməsi sözün hər bir mənasında bizləri sevindirir. Hesab edirəm ki, bu təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir. Azərbaycan xalqı İlham Əliyev kimi rəhbəri, Prezidenti olduğu üçün xoşbəxtdir. Bu ilin 9 oktyabrında ölkəmizdə keçirilən prezident seçkiləri də bunu bir daha sübuta yetirdi. Biz bundan sonra da cənab Prezidentə xalqının, dövlətinin rifahı naminə gördüyü bütün işlərdə uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə