Əli Kərimli müxalifət daxili son hadisələrin günahkarını tapıb

Məlumdur ki, müxalifət daxilində son zamanlar bir-birlərinə qarşı kəskin düşmənçiliyin şahidi oluruq. İsət Müsavat partiyasının Rüstəm İbrahimbəyova olan münasibəti, istər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun AXCP rəhbərliyi və üzvləri ilə aralarında yaranmış düşmənçilik, istərsə də Rəsul Quliyevin Müsavata qarşı təhqir dolu fikirləri bunu bir daha sübut edir. Bütün bu proseslər davam edən ərəfə də Əli Kərimli öz aralarında günahkar axtarmağa başlayıb və artıq tapıb.

Adının açıqlanmasını istəməyən mənbənin SİA-ya verdiyi məlumata əsasən, Ə.Kərimli AXCP-çilərlə söhbəti zamanı bildirib ki, müxalifət daxilində baş verən son olayların günahkarı ona bəllidir və bu günahkar Müsavat partiyası, konkret olaraq İsa Qəmbərdir. Məlumatlara görə, hətta, AXCP sədri bildirib ki, yaxın zamanlarda Müsavat başqanın bütün yersiz, lazımsız hərəkətləri və bu qarşıdurmalarda olan günahlarını açıq şəkildə mətbuat nümayəndələrinə açıqlayacaq.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...