Müsavat Partiyası: “Əli Kərimli bununla əslində birliyin əleyhinə olduğunu nümayiş etdirib”
Rüstəm İbrahimbəyovun Milli Şuraya "fəxri sədr" seçilməsinə etiraz edən Müsavat Partiyasından kəskin açıqlamalar verilməkdə davam edir.
SİA-nın əmlumatına görə, İsa Qəmbərin müşaviri, Milli Şuranın üzvü Səxavət Soltanlı deyib ki, AXCP sədri Əli Kərimlini müxalifətin birliyinin əleyhinə çıxış edir və bu amil düşərgənin parçalanması ilə nəticələnə bilər: "Əli Kərimli Rüstəm İbrahimbəyovdan israrla xahiş edib ki, həmsədr olmağa razı olsun. Lakin Rüstəm müəllim bunu qəbul etməyib. Bu baş tutmayanda isə Ə.Kərimli onun boynuna qoyub ki, "fəxri sədrliyə" razı olsun. Təəccüblü olan Müsavat Partiyasının bu platformaya etiraz etdiyini bildiyi halda o, buna israrlar edib. Əli Kərimli bununla əslində birliyin əleyhinə olduğunu nümayiş etdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB