Elman Lütvü oğlu Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun yeni sədridir SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Elman Lütvü oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilməsi haqqında Sərəncam İmzalayıb.
Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elman Lütvü oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.
Qeyd edək ki, Elman Mehdiyev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışıb. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləyib. 2003-cü ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Evlidir, 2 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB