"Ermənistan Putinin malikanəsidir"
"Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir dövlət Ermənistana təzyiq etməyəcək. Ermənistana təzyiq edə biləcək bir dövlət var, o da Azərbaycanın özüdür". Rusiya Prezidenti V.Putinin böyük nümayəndə heyəti ilə Ermənistana səfərini şərh edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Ermənistanın açıq şəkildə Rusiyanın itaətində olduğunu deyən partiya sədri əlavə edib ki, Ermənistan Putinin malikanəsidir: "Putin 600 nəfərlik nümayəndə heyəti ilə Ermənistana öz malikəsini təftiş etməyə getmişdi. Çünki Ermənistan öz müstəqilliyini çoxdan itirib. Ermənistanın iqtisadiyyatı da, büdcəsi də Rusiyanın əlindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB